на русском | in english
müsabiqələr giriş  qeydiyyat
 

Konsertlər

Janrı seçin:   

Valeriyanın konserti
Valeriyanın konserti

17 aprel Heydər Əliyev Sarayında Rusiyanın xalq artisti Valeriyanın doğum gününə həsr edilmiş möhtəşəm konsert keçiriləcək. Öz ad günündə Valeriya Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrının və Dövlət Xor Kapellasının müşayiətilə tamaşaçılara məşhur hitləri ilə yanaşı tamamilə yeni mahnılar ifa edəcək.

Valeriyanın konsertinə bilet qazanmaq üçün keçirilən müsabiqə başa çatdı!
Konsertlər   H.Əliyev adına saray   17 aprel - 20:00  
bilet: 20-160 AZN  
Cahangir Cahangirov adına xorun konserti
Cahangir Cahangirov adına xorun konserti

17 aprel 19:00-da Bakıda, Beynəlxalq muğam mərkəzində Cahangir Cahangirov adına xorun konserti keçiriləcək. Xorun bədii rəhbəri və baş dirijoru -Şəhla Ələkpərova. Gecədə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov, Ramiz Mustafayev, Firəngiz Əlizadə və başqa bəstəkarların əsərləri səslənəcək.

Konsertlər   Beynəlxalq Muğam Mərkəzi   17 aprel - 19:00  
pulsuz


Azərbaycan televiziya və radiosu orkestrının konserti
Azərbaycan televiziya və radiosu orkestrının konserti

18 aprel Beynəlxalq Muğam Mərkəzində Azərbaycan televiziya və radiosu nəzdində Kamança ifaçılarının Kamera Orkestrının konserti olacaq. Orkestrın bədii rəhbəri - Arzu Səlimova. Proqramda İlahə Əfəndiyeva, Zabitə Əliyeva, Günay İmamverdiyeva, Ayşən Mehdiyeva, Gülnar Qüdrətli, Xətai Hacıyev iştirak edəcək.

Konsertlər   Beynəlxalq Muğam Mərkəzi   18 aprel - 19:00   
pulsuz
Fidan Hacıyevanın konserti
Fidan Hacıyevanın konserti

19 aprel Heydər Əliyev Sarayının səhnəsində Azərbaycanın əməkdar artisti Fidan Hacıyevanın konserti olacaq. "Sevgili Canan" adlı konsert proqramına Azərbaycan və dünya klassiklərinin musiqi əsərləri daxil ediləcək.

Konsertlər   H.Əliyev adına saray   19 aprel - 19:00   
bilet: 15-80 AZN  


Maykl Boltonun konserti
Maykl Boltonun konserti

Aprelin 19-da məşhur amerikalı müğənni Maykl Bolton Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək. Rok-balladaları ilə bütün dünyada şöhrət qazanmış tanınmış bəstəkar və ifaçı həmin gün azərbaycanlı tamaşaçılar üçün ən sevilən və yeni mahnılarını səsləndirəcək.

bilet: 50-500 AZN  
Kamera Orkestrının konserti
Kamera Orkestrının konserti

Q.Qarayev adına Dövlət Kamera Orkestrı Filarmoniyanın səhnəsində konsert verəcək. Bədii rəhbər və baş dirijor - xalq artisti Teymur Göyçayev. Solist - Murad Adıgözəlzadə (piano).

Klassik musiqi   Filarmoniya   22 aprel - 19:00   
bilet: 4-15 AZN  


Simli kvartetin konserti
Simli kvartetin konserti

Kamera və orqan musiqisi zalında simli kvartetin konserti keçiriləcək. Konsert 19:00-da başlayır.

Rəqs ansamblının konserti
Rəqs ansamblının konserti

Azərbaycan Dövlət rəqs ansamblı Dövlət Filarmoniyasının səhnəsində çıxış edəcək. Ansamblın bədii rəhbəri Afaq Məlikova.

Rəqslər   Filarmoniya   23 aprel - 19:00   
Fortepiano Triosu konserti
Fortepiano Triosu konserti

Kamera və Orqan musiqisi Zalında Azərbaycan Dövlət Fortepiano Triosunun konserti keçiriləcək. Konsert 19:00-da başlayır.

bilet: 6, 10 AZN  
"Taste of Rock" rok konserti
"Taste of Rock" rok konserti

Dostlar, 24 may Çingiz Mustafayev adına Uşaq və Gənclər Yaradıcılıq mərkəzində keçiriləcək "Taste of Rock" rok konsertində hər birinizi gözləyirik. Line up: Sirr, Milan Məmmədov, Bəndə, Perfect Soul, Serumhatred.

Rok     24 aprel - 19:00  
bilet: 10 AZN  
"Planeta Parni iz Baku" KVN teatrının konserti
"Planeta Parni iz Baku" KVN teatrının konserti

25, 26 və 27 aprel "Planeta Parni iz Baku" KVN teatrı "Analoqu olmayan konsert" adlı üçgünlük konsertlə Heydər Əliyev adına Sarayda çıxış edəcək. Konsertdə məşhur "KVN"çilər Tahir və Cabir İmanov qardaşları, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Emil Abbasov və başqaları iştirak edəcək. Həmişəki kimi artistlər çox maraqlı və əyləncəli yumoristik proqram hazrlayıb.

Yumor   H.Əliyev adına saray   25 aprel , 26 aprel , 27 aprel - 19:00  
Kamera Orkestrının konserti
Kamera Orkestrının konserti

Q.Qarayev adına Dövlət Kamera Orkestrı Filarmoniyanın səhnəsində konsert verəcək. Bədii rəhbər və baş dirijorm-xalq artisti Teymur Göyçayev. 

Klassik musiqi   Filarmoniya   28 aprel - 19:00   
bilet: 4-15 AZN  
Vladimir Vinokurun konserti
Vladimir Vinokurun konserti

Məşhur rus yumoristi, parodisti, "Parodiya teatrı" nın qurucusu və rəhbəri Vladimir Vinokur və onun teatrının konserti 28 aprel Heydər Əliyev Sarayında baş tutacaq. O, müxtəlif vaxtlarda aktyorlar Roman Kazakov, İlya Oleynikov və Yefim Aleksandrovla çıxış edib. Hər kəsi maraqlı yumor, zarafat, məşhur reprizlər və parodiyalar gözləyir.

Vladimir Vinokurun konsertinə bilet oynanılır!
Yumor   H.Əliyev adına saray   28 aprel - 19:00   
bilet: 25-155 AZN  
Mahnı və rəqs ansamblının konserti
Mahnı və rəqs ansamblının konserti

6 mart Azərbaycan Dövlət Filarmoniyasında F.Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblının əməkdar kollektivinin konserti olacaq. Bədii rəhbər və baş dirijor -xalq artisti Ağaverdi Paşayev. Baletmeyster -xalq artisti Cəmilə Bayramova. Proqramda Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları səsləndiriləcək.

Klassik musiqi   Filarmoniya   30 aprel - 19:00   
bilet: 4-15 AZN  
1
Baş tutmuş konsertlər

Muğam konserti
11 aprel   Beynəlxalq Muğam Mərkəzi  

Yubiley gecəsi
11 aprel   Filarmoniya  

Tiko Tbileli ilə caz axşamı
10 aprel   Baku Jazz Center  

Sevara Nazarxanın solo konserti
10 aprel   Beynəlxalq Muğam Mərkəzi  

Şəfiqə Axundovanın 90 illiyinə həsr edilmiş konsert
09 aprel   Filarmoniya  

"Cahan" uşaq rəqs ansamblının konserti
07 aprel   Gənc Tamaşaçılar Teatrı  

Kamera musiqisi axşamı
07 aprel   Kamera və orqan musiqisi zalı  

Rhythm'n' Jazz
12 aprel   Baku Jazz Center  

Kamera Orkestrının konserti
05 aprel   Filarmoniya  

Mustafa Sandalın konserti
05 aprel   H.Əliyev adına saray  

Arxiv (bütün ötən konsertlər)
 
   
  (14)
 

Fotoreportajlar

Aksent qrupunun konserti 14 fevral 2014 - 22:00    Otto
Aksent qrupunun konserti - şəkil 1Aksent qrupunun konserti - şəkil 2
Di Di Bricuoterin solo konserti 12 fevral 2014 - 20:00    Heydər Əliyev Mərkəzi
Di Di Bricuoterin solo konserti - şəkil 1Di Di Bricuoterin solo konserti - şəkil 2
Halil Sezayinin konserti 18 dekabr 2013 - 21:00   Heyva
Halil Sezayinin konserti - şəkil 1Halil Sezayinin konserti - şəkil 2
Eminin konserti 21 dekabr 2013 - 21:00    Buta Palace
Eminin konserti - şəkil 1Eminin konserti - şəkil 2

Bütün fotoreportajlar

 

Afişa

Yaşıl Teatr

Miri Yusifin konserti 13 iyun , 14 iyun  
EMIN-in konserti 17 iyul - 21:00   

tam siyahı

Timatinin konserti  17 may - 22:00  

Sea Breeze-də EMIN-in konserti  21 iyun - 17:00  

"Taste of Rock" rok konserti  24 aprel - 19:00